11 fevral 2012 00:26
“Neftçinin əsas heyətində oynamaq istəyirəm”
"Neftçi"nin 14 yaşlı futbolçulardan ibarət komandasının Rusiyada keçirilmiş "Dəri top" turnirini qalibi olması barədə xəbər vermişdik. Azerisport.az xəbər verir ki, yarışın başa çatmasına baxmayaraq yeniyetmələrin uğuru hələ də diqqət mərkəzindədi.
Rusiya mətbuatında bu dəfə komandanın qapıçısı Tural Osmanovla müsahibə dərc edilib. Müsahibənin əvvəlində futbola gəlişindən danışan Tural onunla maraqlanan ilk peşəkar klubun "Neftçi" olduğunu deyib:
"Neftçi" iddialı və güclü komandadı. Bütün yaş qruplarında komandalarımız yalnız qələbəyə oynayır. Əminəm ki, "Neftçi" bu mövsüm də çempion olacaq. Rəhbərlik tərərəfindən bizə gözəl şərait yaradılıb. Var gücümlə məşq edib, gələcəkdə "Neftçi"nin əsas heyətində oynamaq istəyirəm”.

Xatırladaq ki, "Neftçi"nin 14 yaşlı futbolçulardan ibarət komandası "Dəri top" turnirində keçirdiyi 5 oyunun hamısında qalib gələrək çempion adını qazanıb.