11 fevral 2012 14:20
Millimiz son oyunda penaltilərlə qələbə qazandı (YENİLƏNİB)
Rusiyanın Sankt-Peterburq şəhərində təşkil olunmuş “Grand-Prix Winter OBSL 2012” beynəlxalq turnirində çıxış edən çimərlik futbolu üzrə Azərbaycan millisi bu gün növbəti oyununa çıxıb. Azerisport.az xəbər verir ki, komandamızın bu dəfəki rəqibi Rusiyanın “Kristall” komandası olub.
Qarşılaşmaya daha yaxşı başlayan futbolçularımız 2 ardıcıl qolla önə keçiblər. Amma ruslar sonradan hesaba tarazlıq gətirə biliblər. Matçın əsas vaxtı heç-heçə bitdiyindən, qalibi müəyyənləşdirmək üçün penalti seriyasına ehtiyac duyulub. Bu zərbələri daha dəqiq yerinə yetirən yığmamız dördüncü oyununu da qələbəylə başa vurub. Beləcə, yığmamız pley-offa qrup qalibi kimi, yüz faizli nəticə ilə yüksəlib.
Xatırladaq ki, millimiz ilk oyununda Rusiyanın “Podvodnik” komandası ilə qarşılaşmış və 4:1 hesabı ilə qələbə qazanmışdı. Növbəti oyunlarda isə komandamız ELMONT-u və SOVMORTRANS-ı 5:4 hesabıyla yenmişdi.
Beynəlxalq turnir
Qrup mərhələsi
B qrupu
11 fevral
Azərbaycan – Kristall - 2:2 (penaltilərlə 2:1)
Qollar: C.Baxşəliyev, 6 (1:0), H.Bağırov, 14 (2:0), Varaksin, 25 (2:1), Romnov, 28 (2:2).
Yığmamız bu görüşə aşağıdakı heyətlə çıxıb: Əbdül Əliyev, Ramil Əliyev, Hikmət Bağırov, Comərd Baxşəliyev, Elçin Qasımov, Elvin Quliyev, Əli Hüseynov, Elşən Hüseynov, Zeynal Zeynalov, Namiq İsgəndərov, Emin Kürdov, Nahid Mehrəliyev.
Baş məşqçi: Bəhram Hətəmov.
Baş məşqçi: Bəhram Hətəmov.
