11 fevral 2012 12:53
FİFA-nın 208-ci üzvü müəyyənləşdi
FİFA daha bir futbol federasiyasını üzvlüyə qəbul edib. Azerisport.az xəbər verir ki, ali futbol qurumu Cənubi Sudan Futbol Federasiyasını rəsmən tanıyıb.
Afrika Futbol Konfederasiyasına (CAF) qəbul olunan yeni ölkə bu təşkilatın 54-cü üzvü olub. FİFA isə təşkilatı 208-ci üzvü kimi qəbul edib.
Qeyd edək ki, Cənubi Sudan 2011-ci ilin aprelində müstəqillik əldə edib. Rəsmi dili ingilis dili olan ölkənin ərazisi 619,745 kvadratkilometr, əhalisi 8,2 milyon nəfərdi.
