12 fevral 2012 00:53
Qurban Qurbanov: Qışda güclü futbolçu tapmaq çətindi
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov azerisport.az saytına müsahibəsində komandasının hazırlığından, yeni transferlərdən, şanslarından danışıb.
- Bu qarlı günlərdə hazırlıqlarınız necə gedir?
- Qar həqiqətən bir çox planlarımızı korladı. Amma məşqlərimiz davam edir. Futbolçular formalarını itirməməlidilər. “Qarabağ”ın çempionata hazır olduğunu deyə bilərəm. Mən bir neçə turdan sonra komandanın daha yaxşı oyun sərgiləməsini və ümidləri doğrultmasını gözləyirəm

- Siz, istədiyiniz bütün transferləri həll edə bildiniz?
- Kimlərlə bacardıq, onlarla müqavilə bağladıq. Bu futbolçuların da iştirakıyla təcrübəlilərdən və gənclərdən ibarət komanda yaratmaq istəyirik. Qışda güclü futbolçu tapmaq çətin məsələdi. Çünki əksər futbolçuların müqavilələri yayda başa çatır.

- Makedoniyalı yarımmüdafiəçi Muamer Muameri necə transfer etdiniz?
- Mən onunla hələ bir neçə ay öncədən maraqlanırdım. Onun həm yığmadakı, həm də klubdakı çıxışını izləmişdim. Mümkündü ki, ona komandaya uyğunlaşmaq üçün daha çox vaxt lazım gəlsin. Amma Muaremin “Qarabağ”a kömək edəcəyinə inanıram.

- Bəs Vaqif Cavadov?
- Ona da xüsusi vaxt lazımdı. Bu, demək olar ki, elə onun getdiyi komandadı. İndi Vaqif ikiqat əzmlə çalışır, kluba faydalı olmaq istəyir. Onun komandaya gəldiyi günlə müqayiəsədə indi çox fərq var. Bunu hiss etmək mümkündü.

- Hədəfləriniz dəyişməyib ki?
- Hədəflər olduğu kimi qalmaqdadı. Biz ilk altılığa düşmək istəyirik. Daha sonra avrokuboklara vəsiqə qazanmağa çalışacağıq. Bizim əsas hədəflərimiz məhz bunlardan ibarətdi.

- Qış fasiləsindən sonrakı ilk oyununuz “Bakı”ya qarşı olacaq. 2012-ci ilə belə başlanğıc necədi?
- “Bakı” sıradan rəqib deyil. Onlar bu qış toplanışı zamanı gücləniblər. Buna görə də o komandanı analiz etmək çox çətindi. Artıq indidən deyə bilərəm ki, bizə çox çətin olacaq. Amma biz hər oyunda sona kimi vuruşacağıq.

- Siz də AFFA-nın dəvəti ilə Dubaya gedəcəksiz?
- Sağ olsunlar ki, klub məşqçilərini millinin Dubay toplanışına dəvət ediblər. Ancaq təəssüf ki, mən yığmayla birgə Dubaya gedə bilməyəcəyəm. Çünki millinin toplanışı zamanı “Qarabağ” öz məşqlərini davam etdirməlidi. Mən isə komandamı yalnız qoya bilmərəm. Ona görə də bu dəvəti qəbul edə bilməyəcəm.

- Çoxları hesab edir ki, Sinqapur, Hindistan və Fələstin Azərbaycan yığması üçün çox zəif rəqiblərdi...
- Mən bunu şərh edə bilmərəm. Çünki bu komandaların oyunçuları mənə tanış deyillər. Mən onların oyunlarını görməmişəm. Hər halda bu oyunların yığma komandamıza faydalı olacağını düşünürəm.