12 fevral 2012 01:16
İtaliya A Seriyasında daha 2 matç təxirə salındı
Futbol üzrə İtaliya A Seriyasında daha iki oyun təxirə salınıb. Azerisport.az xəbər verir ki, buna ölkə ərazisində hökm sürən qarlı və əlverişsiz hava şəraiti səbəb olub.
Belə ki, 23-cü turun “Bologna” – “Juventus” və “Parma” – “Fiorentina” matçları təxirə salınıb. Bu gün keçirilməli olan görüşlərin nə vaxt oynanılacağı məlum deyil.
Qeyd edək ki, sabah keçirilməli olan “Siena” – “Roma” matçının da təxirə salınması istisna olunmur. İtaliya A Seriyasında əvvəlki turlardan da bir neçə matçın təxirə salındığını xatırladaq.
