12 fevral 2012 01:28
Afrika Millətlər Kuboku: Bürünc medalların sahibi bəlli oldu
Afrika Millətlər Kubokunda üçüncü yer uğrunda oyun keçirilib. Azerisport.az xəbər verir ki, Qabon və Ekvatorial Qvineyanın birgə ev sahibliyi etdiyi turnirin bürünc medalları uğrunda Qana ilə Mali qarşılaşıb.
Görüşün taleyini iki qol həll edib. Hər iki qolu bir futbolçu – Diabete vurub. Beləcə, sözügedən futbolçu Malini Afrika Millətlər Kubokunun üçüncüsü edib.
Qeyd edək ki, turnirin final oyunu bu gün - fevralın 12-də keçiriləcək. Həlledici matçda Zambiya və Fil Dişi Sahili qarşılaşacaq.
Afrika Millətlər Kuboku
3-cü yer uğrunda oyun
11 fevral
Qana – Mali – 0:2
Qollar: Diabete, 23; 80.
