12 fevral 2012 15:35
Azərbaycan Polşanı məğlub edib, çempion oldu (YENİLƏNİB)
Rusiyanın Sankt-Peterburq şəhərində təşkil olunmuş “Grand-Prix Winter OBSL 2012” beynəlxalq turnirində çıxış edən çimərlik futbolu üzrə Azərbaycan millisi bu gün son oyununu keçirib. Azerisport.az xəbər verir ki, finalda oynamaq hüququ qazanan komandamızın bu dəfəki rəqibi Polşa yığma komandası olub.
Xatırladaq ki, millimiz qrup mərhələsindəki ilk oyununda Rusiyanın “Podvodnik” komandası ilə qarşılaşmış və 4:1 hesabı ilə qələbə qazanmışdı. Növbəti oyunlarda isə komandamız ELMONT-u və SOVMORTRANS-ı 5:4 hesabıyla yenmişdi. Qrupdakı son matçında “Kristall”ı (Rusiya) da yenməyi (2:2, penaltilərlə 2:1) bacaran komandamız adını finala yazdırmışdı. Digər qrupda da Polşa yığması bütün rəqiblərini qabaqlayaraq, həlledici oyunda millimizə rəqib olmuşdu.
Final matçında isə Azərbaycan yığması daha güclü olub. Comərd Baxşəliyevin yeganə qolu komandamıza turnirin qalibi adını qazandırıb.
Maraq üçün onu da vurğulayaq ki, turnirin 7-8-ci yerlər uğrunda oyununda qrup sonuncuları - "FC City" (Rusiya) və "Podvodnik" (Rusiya) üz-üzə gəlib. "FC City" əsas vaxtı 4:4 hesabıyla başa çatan görüşü penaltilərlə qazanıb - 2:1. 5-ci yer uğrunda oyunda Belarus yığması SOVMORTRANS (Rusiya) klubu ilə qarşılaşıb - 3:3, penaltilərlə 1:0. Bürünc medallar isə Rusiyanın "Zevs" klubuna qismət olub. Sözügedən komanda "Kritsall"ı (Rusiya) minimal hesabla məğlub edib.
Beynəlxalq turnir
Final
11 fevral
11 fevral
Azərbaycan – Polşa - 1:0
Qol: C.Baxşəliyev, 21 (1:0)
Yığmamız bu görüşə aşağıdakı heyətlə çıxıb: Ramil Əliyev, Hikmət Bağırov, Comərd Baxşəliyev, Elçin Qasımov, Elvin Quliyev, Əli Hüseynov, Elşən Hüseynov, Zeynal Zeynalov, Namiq İsgəndərov, Emin Kürdov, Orxan Məmmədov, Nahid Mehrəliyev.
Baş məşqçi: Bəhram Hətəmov.
Baş məşqçi: Bəhram Hətəmov.
