12 fevral 2012 02:10
İspaniya yenə qitə çempionu oldu
Xorvatiyada keçirilən futzal üzrə Avropa çempionatı başa çatıb. Azerisport.az xəbər verir ki, ötən gün qitə birinciliyinin final mərhələsinin oyunları keçirilib.
Meydana öncə İtaliya və Xorvatiya yığmaları çıxıblar. Üçüncü yer uğrunda oyunda daha güclü çıxan italyanlar turnirin ev sahiblərini məğlub edərək AÇ-2012-nin bürünc medallarına sahib çıxıblar.
Final oyununda isə İspaniya və Rusiya yığmaları qarşılaşıblar. Bu görüşün taleyini əsas vaxtda həll etmək mümkün olmayıb. Qarşılaşmanın əsas vaxtı 1:1 hesabıyla başa çatdığından qalibi müəyyənləşdirmək üçün əlavə vaxta ehtiyac duyulub. Məhz bu vaxt ərzində daha iki qol vuran ispanlar yenidən Avropa çempionu adını qazanıblar.
Futzal
Avropa çempionatı
11 fevral
3-cü yer uğrunda oyun
Xorvatiya – İtaliya – 1:3
Final
Rusiya – İspaniya – 1:3
