12 fevral 2012 11:18

Vitali Borisov: Biz Rusiyanı keçə bilərik

Futzal üzrə Azərbaycan yığmasının üzvü Vitali Borisov azerisport.az saytına müsahibəsində dünya çempionatına vəsiqə uğrunda keçiriləcək Rusiya ilə pley-off oyunlarından danışıb, komandamızın şanslarını dəyərləndirib.
 
- Axşam İspaniya və Rusiya arasındakı Avropa çempionatının final matçına (3:1) baxdınız?
- Yaxşı oyun idi. İspaniya yenə güclü oldu. Demək olar ki, oyun boyu meydanda üstün olan tərəf məhz ispanlar idi. Rusiya da yaxşı təşkilatlanmış komanda olaraq əla oyun göstərdi. Lakin buna baxmayaraq, çoxlarının proqnozlaşdırdığı kimi, İspaniya yenə Avropanın ən güclüsü oldu. Baxmayaraq ki, onlar bu turniri əvvəlkindən fərqli çox çətinliklə qazandılar.
 
- Yəqin ki, bu oyuna siz daha çox püşkdə bizim bəxtimizə çıxan Rusiya yığmasını daha yaxşı analiz etmək gözüylə baxmısız...
- Püşk bizim üçün daha münasib rəqib çıxara bilərdi. Pley-off mərhələsində Çexiya və ya Serbiya ilə qarşılaşmaq istərdik. Amma son AÇ-nin finalçısı ilə düşdük. Hər halda bu, İspaniyaya rəqib olmaqdan daha yaxşıdı. Düşünmürəm ki, Rusiya bizimlə ispanlara qarşı tətbiq etdiyi taktika ilə oynasın. Finalda onlar o qədər də açıq oyun sərgiləmirdilər. Azərbaycanla oyunlarda isə əsas favorit onlar olacaq və yəqin ki, belə müdafiə olunmayacaqlar.
 
- Rəqibimizin oyununu necə xarakterizə edə bilərsiz?
- Rusların ən güclü tərəflərindən biri sürətli oyundu. Həmçinin oyunçular arasında anlaşmanın yüksək səviyyədə olmasını da xüsusi qeyd etmək lazımdı. Rusiya yığmasının iki balanslaşmış güclü dördlüyü var. Bir sözlə güclü komandadı. Bunu elə AÇ-2012-də finala çıxmaları da aşkar sübut edir.
 
- Belə olan halda Azərbaycan yığmasının şanslarını necə qiymətləndirirsiz?
- Şanslar barədə bu oyunlara az qalmış danışmaq olar. Hər şey oyunlara necə yanaşacağımızdan asılıdı. Hər halda favorit ruslardı. Həm də sözügedən oyunlarda Andrey Tveryankin bizə kömək edə bilmyəcək.
 
- Deyəsən, bu oyunlara çox pessimist yanaşırsız...
- Əlbəttə, bizim də üstün tərəflərimiz var. Məsələn, cavab oyunu Moskvada keçirilsə də, bizim üçün demək olar ki, ev oyunu hesab olunacaq. Əminəm ki, həmyerlilərimiz bizi dəstəkləyəcəklər. Amma eyni zamanda çox şey Bakıda keçiriləcək ilk oyundan asılı olacaq.
 
- Sizi hansı nəticə qane edəcək?
- Əlbəttə ki, qələbə. Heç olmasa minimal hesabla. Həmçinin mümkün qədər az qol buraxmalıyıq.
 
- AÇ-2012-dəki uğursuzluqdan sonra komandada dəyişiklik lazımdımı?
- Bu sual mənə verilməməlidi. Əgər baş məşqçi lazım bilirsə, yəqin ki, olar. Mən öz fikrimi yaxşısı budu elə özümdə də saxlayım.
 
- AÇ-2012-dəki uğursuzluğun davamının gəlməsindən qorxmursuz?
- Fikrimcə, hər şey yaxşı olmalıdı. Təbii ki, bu turnirdən kənarda qalmağımız çox üzücü olacaq. Əgər öz oyunumuzu oynasaq, Rusiyanı keçə bilərik. Əgər bunu bacarmasaq, dünya çempionatında bizim görüləsi heç bir işimiz olmayacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.