12 fevral 2012 00:08
Fransa çempionatında daha 1 təxirəsalma
Futbol üzrə Fransa çempionatında daha bir oyun təxirə salınıb. Azerisport.az xəbər verir ki, buna ölkə ərazisində hökm sürən qarlı və əlverişsiz hava şəraiti səbəb olub.
Belə ki, 23-cü turun “Evian”la Marsel “Olympique”i arasındakı oyun təxirə salınıb. Ötən gün keçirilməli olan görüşün nə vaxt oynanılacağı bəlli deyil.
Qeyd edək ki, Fransa çempionatında eyni səbəbdən əvvəlki turlarda da bir neçə matçın təxirə salınmasına qərar verilmişdi.
