13 fevral 2012 02:14
Neftçinin sabiq qapıçısı Şaxtyorda
“Neftçi”nin sabiq qapıçısı Paulius Qribauskas özünə yeni iş yeri tapıb. Azerisport.az xəbər verir ki, litvalı qolkiper karyerasını Belarus çempionatında davam etdirəcək.
Belə ki, Qribauskas Saliqorsk “Şaxtyor”u ilə anlaşıb. 27 yaşlı qapıçı artıq yeni klubu ilə müqavilə imzalayıb.
Qeyd edək ki, Qribauskas 2009-2011-ci illərdə “Neftçi”də çıxış edib. O, ötən il ciddi zədə üzündən “Neftçi”dən ayrılmalı olmuşdu. Litva yığmasının üzvü “Neftçi”dən getdikdən sonra Polşanın aşağı liqa təmsilçisi “Viqri” ilə anlaşsa da, zədəsini tam sağalda bilmədiyindən bu klubda da özünü doğrulda bilməmişdi.
