13 fevral 2012 14:32
PFL 1 oyunun keçirilmə yerini dəyişdirildi
Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatının 20-ci turunun bir oyunun keçirilmə yeri dəyişdirilib. Azerisport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Məlumatda bildirilir ki, "Kəpəz" - "İnter" oyununun keçirilmə yeri dəyişdirilib. Bu yerdəyişmənin səbəbi barədə isə məlumat verilmir.
Maraq üçün xatırladaq ki, bu oyunun öncədən Samux rayon stadionunda keçirilməsi nəzərdə tutulmuşdu.
Əvəzedicilərin çempionatı
20-ci tur
15 fevral (çərşənbə)
Kəpəz - İnter
Yevlax şəhər stadionu, ehtiyat meydança. Saat 14:00.
