13 fevral 2012 02:41
Afrika Millətlər Kuboku sürpriz çempionluqla başa çatdı
Afrika Millətlər Kubokuna yekun vurulub. Azerisport.az xəbər verir ki, Qabon və Ekvatorial Qvineyanın birgə ev sahibliyi etdiyi turnirin qızıl medalları uğrunda Zambiya və Fil Dişi Sahili qarşılaşıb.
Həlledici görüşün əsas vaxtında hesab açılmayıb. Baxmayaraq ki, ikinci hissədə Fil Dişi Sahili yığmasının hücumçusu Droqba penaltini dəqiq yerinə yetirsəydi, komandası qələbə də qazana bilərdi. Amma tərəflər heç əlavə vaxtda da qapılara yol tapa bilməyiblər. Bu üzdən qalibi penaltilərlə müəyyənləşdirmək lazım gəlib. Məhsuldar alınan penalti zərbələri zamanı daha dəqiq olan Zambiya yığması böyük sürprizə imza atmağı bacarıb. Belə ki, sözügedən ölkə yığması Fil Dişi Sahili üzərində sürpriz qələbə sayəsində Afrika Millətlər Kubokunun qalibi adını qazanıb.
Afrika Millətlər Kuboku
Final
12 fevral
Zambiya - Fil Dişi Sahili – 0:0 (penaltilərlə 8:7)
