13 fevral 2012 16:38
“Vurduğum qollar komandanın zəhmətinin nəticəsidi”
Rusiyanın Sankt-Peterburq şəhərində keçirilmiş “Grand-Prix Winter OBSL 2012” beynəlxalq turnirinin qalibi olmuş çimərlik futbolu üzrə Azərbaycan milli komandasının üzvü Comərd Baxşəliyev bununla bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, açıqlamasında bunları dilə gətirib:
“Komandamızın hər bir üzvü gücünü səfərbər etdi və məqsədimizə çatdıq. Vurduğum qollara gəlincə, bu, tək mənim yox, ümumilikdə, komandanın zəhmətinin nəticəsidi. Sevinirəm ki, finalda vurduğum qol həlledici oldu və yarışın qalibi adını qazandıq”.
