13 fevral 2012 16:42
Qarabağ Bakıyla matça tam heyətlə hazırlaşır
“Qarabağ” Premyer Liqanın 20-ci turunda qarşılaşacağı “Bakı”yla oyunun hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, komanda hava şəraiti ilə əlaqədar olaraq fərqli məkanlarda məşq keçməyə məcbur olur.
Bu gün komanda günü tək məşqlə keçirib. Günün tək məşqi Respublika Olimpiya ehtiyarları mərkəzinin meydançasında 14:15-də baş tutub. Sevindirici haldır ki, komanda paytaxt klubuyla oyunun hazırlıqlarını tam heyətlə davam etdirə bilir. Zədə üzündən komandadan ayrı düşmüş Qara Qarayev və yeni transfer Muarem Muarem də çalışmalarda iştirak edir.
