13 fevral 2012 17:44
“Berti Foqtsla fikir mübadiləsi aparmağa çalışacam”
“Sumqayıt” Futbol Klubunun baş məşqçisi Bernhard Raab Azərbaycan Milli komandasının Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim-məşq toplanışı və hazırlıq prossesi çərçivəsində keçiriləcək yoldaşlıq oyunlarını izləmək üçün 26 fevral tarixindən 1 mart tarixinədək Dubay şəhərinə ezam olunmasına razılıq verib. Azerisport.az xəbər verir ki, bu səfərin yüksək effekt verəcəyini qeyd edən almaniyalı mütəxəssis “bu toplanışa nə məqsədlə qatılırsınız” sualına belə cavab verib:
“Böyük ehtimalla, baş məşqçilərin dəvət olunduğu Dubay toplanışında iştirak edəcəyəm. Hazırda millidə iki futbolçumuz Andrey Popoviç və Bədavi Hüseynov çıxış edir. Ümid edirəm ki, gələcəkdə komandamızın daha çox üzvü yığmanın şərəfini qoruyacaq. Toplanışda olduğum müddətdə məşqləri izləyib, millinin planları ilə tanış olacağam. Həmçinin yığma komandanın baş məşqçisi Berti Foqtsla fikir mübadiləsi aparmağa çalışacağam”. (klubun saytı)
