13 fevral 2012 19:03
Neftçinin Sumqayıt hazırlığı (FOTOREPORTAJ)
"Neftçi" Azərbaycan Premyer Liqasının 20-ci turunda qarşılaşacağı "Sumqayıt" klubu ilə oyunun hazırlığını davam etdirir. Azerisport.az xəbər verir ki, komanda üzvləri bu gün matçın təşkil olunacağı "Şəfa" stadionunda məşq keçiblər. Baş məşqçi Böyükağa Hacıyevin rəhbərliyi altında keçirilmiş hazırlıqda əsas heyətin bütün futbolçuları iştirak edib.İsinmə mərəkətləri ilə başlanan məşq ikitərəfli oyunla yekunlaşıb.
Xatırladaq ki, fevralın 15-də "Şəfa" stadionunda keçiriləcək "Sumqayıt" - "Neftçi" görüşü saat 14:00-da başlanacaq.
