13 fevral 2012 19:24
Qəbələ - Simurq: 18-ci dueldə kim güləcək?
Premyer Liqanın 20-ci turunda – fevralın 16-da “Qəbələ”nin rəqibi “Simurq” olacaq. Azerisport.az xəbər verir ki, 2005-ci ildə yaranan komandalar indiyədək 17 dəfə üz-üzə gəliblər.
İlk 2 qarşılaşma klubların birinci dəstədə oynayıb, Premyer Liqaya vəsiqə qazandıqları 2005/06 mövsümünə təsadüf edib. Aşağı dəstədəki hər 2 matçda “Simurq” məğlub olub.
Sonradan 13 dəfə Premyer Liqada qarşılaşan komandalar hərəyə 5 dəfə qalib gəliblər. 3 heç-heçənin qeydə alındığı görüşlərdəki top fərqində də “Qəbələ” öndədir – 15:12. Ölkə kubokuna təsadüf edən yeganə duel isə 2007/08 mövsümündə baş tutub. Həmin vaxt komandaların hər biri öz meydanında qalib gəlsələr də səfər qolu “Qəbələ”ni növbəti mərhələyə daşıyıb.
Bu isə o deməkdir ki, “Qəbələ” həm Premyer Liqa, həm kubok, həm də birinci diviziondakı qarşılaşmalarda üstünlüyə malikdi. Ümumilikdə isə “Qəbələ” 8 qələbə qazanıbsa, “Simurq”un 6 uğuru var. Daha 3 matçda isə qalib müəyyənləşməyib. Top fərqində də bu üstümlük hiss olunur – 22:15.
Rəqiblər arasında son oyunda “Simurq” qalib gəlsə də, Zaqatala təmsilçisi evdəki son duellərdə o qədər uğurlu oynamır. Səfərdəki son 2 matçda qol buraxmayan, 3 qarşılaşmada uduzmayan “Qəbələ” sonuncu dəfə Zaqatalada 1012 gün əvvəl məğlub olub.
