13 fevral 2012 11:27
“Məgər Aleksandr Starkov istəmir ki, uğur qazansın”
“Bakı”nın müdafiəçisi Cəmşid Məhərrəmov azerisport.az saytına müsahibəsində komandasının hazırlığından və çempionatdakı şanslarından danışıb.
- Belə havada hazırlaşa bilirsiz?
- Qar bizə problem yaratmır. Bizdə örtülü meydança da var. Odu ki, istənilən hava şəraitində məşq keçmək imkanımız var. “Neftçi” ilə də oyuna hazır idik. Amma məlum səbəblərdən artıq “Qarabağ”la oyuna hazırlaşırıq.

- “Bakı”nın Antalya toplanışı zamanı keçirdiyi bütün sınaq matçlarında uduzmasının səbəbi nə idi?
- Məgər həmin oyunlarda qazanılacaq qələbələr bizə xal verəcəkdi? Bu, sadəcə yoxlama oyunları idi. Həmin oyunlarda komandadakı problemləri, çatışmazlıqları aşkarlamaq əsas məqsəd idi. Təbii ki, biz də bütün oyunları qələbə ilə başa vurmaq istərdik. Amma rəqiblərimizin güclü olmasını da nəzərə almaq lazımdı. Onlarla oyunlarda biz bütün çatışmazlıqlarımızı görə bildik.

- “Bakı”nı çempionata hazır hesab edirsiz?
- Biz yeni komanda yaradırıqı. Kimlər ki, bizim gücümüzə inanmır, qoy inanmasınlar. Bu, bizə sərf edir. Əslində isə biz istənilən rəqibi məğlub edə bilərik. Sirr deyil ki, “Bakı” həmişə çempionata pis başlayır, amma sonradan hər şey qaydasına düşür. Elə əsas mübarizə də bundan sonra başlayacaq.

- Növbəti rəqibinizi – “Qarabağ”ı necə dəyərləndirərdiz?
- “Qarabağ”a qarşı oynamaq maraqlı olacaq. Qurban Qurbanovun komandası çempionatın ən güclülərindəndi. Onlar artıq öz sözlərini avrokuboklarda deyiblər. İndi Caqid Cavadov da “Qarabağ”a qayıdıb. Odu ki, onlara qarşı oynamaq çox maraqlı olacaq. Bu görüş üçün hədəfimiz qələbə qazanmaqdı. Çünki biz ilk altılıqda öz yerimizi qorumalıyıq.

- “Bakı”nın sabiq baş məşqçisi Böyükağa Hacıyevin çalışdırdığı “Neftçi” hazırda birinci pillədə gedir. Düşünmürsüz ki, o, “zolaqlılar”ı yaxşı tanıyır?
- Hacıyevin dövrü ilə müqayisədə “Bakı” çox dəyişib. Bu, tamamilə başqa komandadı. Hacıyevin dövründən yalnız mən və Aqil Məmmədov qalıb. O, bizim sirrlərimizi bilə bilməz.

- Çoxları hesab edir ki, “Bakı”nın legionerləri ümidləri doğrultmur. Siz bununla razısız?
- Biz hamımız bir komandayıq. Udanda da, uduzanda da bunu birgə edirik. Əgər legionerlər pis oynayırsa, deməli, yerli futbolçular da heç nə edə bilmirlər. Baş məşqçi komandaya kimləri dəvət etmək lazım olduğunu yaxşı bilir. Məgər Starkov istəmir ki, uğur qazansın? Yoxsa məğlubiyyətlərin onun ürəyincə olduğunu düşünürsüz?
- Hər halda “Bakı” üç il əvvəl tam fərqli oyun göstərirdi...
- Bizim məqsədimiz onda da, indi də eynidi – çempionluq. Hətta imkan olsa, “qızıl dubl” da etmək istəyirik. Bizim ötən mövsüm “Xəzər Lənkəran”la, “Neftçi”ylə, “Qarabağ”la yaxşı oyunlarımız oldu. Zədələrlə bağlı ciddi problemlərimiz var idi. Ola bilsin ki, bu, öz sözünü deyirdi.