14 fevral 2012 00:15
Bakı Kontrerasa görə nə qədər xərcə düşüb?
İspaniya mətbuatı “Bakı”nın yeni transferi Serxio Kontrerasa görə ödədiyi məbləği açıqlayıb. Azerisport.az xəbər verir ki, həmyerliləri Kokeyə görə paytaxt klubunun 300 min avro xərcə düşdüyünü iddia edir.
Sözügedən məlumatda o da vurğulanır ki, Koke bu qış vaxtilə oynadığı Yunanıstanın “Aris” klubuna qayıtmalıymış. Lakin transfer vərəqəsinin gecikməsi səbəbindən Yunanıstan Futbol Federasiyası təcrübəli forvardın bu komandada çıxış etməsinə razı olmayıb. Məhz bundan sonra Kontreras “Bakı”yla müqavilə bağlamalı olub.
Kontrerasın ABŞ çempionatında da çıxış etmək variantı var imiş. Amma ispaniyalı hücumçu sonda “Bakı”nı seçib.
