14 fevral 2012 00:21
Premyer Liqada növbəti baş məşqçi istefası
Futbol üzrə İngiltərə Premyer Liqasında daha bir baş məşqçi istefası gerçəkləşib. Azerisport.az xəbər verir ki, “Wolverhampton” baş məşqçisi Mik Makkarti ilə yollarını ayırıb.
Buna komandanın son11 maçtda qələbə qazana bilməməsi səbəb olub. Klubun rəsmi saytı vasitəsilə yayılan rəsmi açıqlamada da bildirilir ki, Makkartinin qovulmasına səbəb onun rəhbərliyi altında 22 oyunda sadəcə 14 xal toplanılmasıdı.
Xatırladaq ki, Makkarti 2006-cı ildən “Wolverhampton”un sükanı arxasında çalışırdı. 53 yaşlı mütəxəssis son iki ildə komandasının Premyer Liqanı 17 və 15-ci sıralarda bitirməsinə nail olmuşdu.
Makkartini müvəqqəti olaraq köməkçisi Terri Konnor əvəzləyəcək. Yeni baş məşqçinin kimliyinə isə yaxın günlərdə aydınlıq gəlməlidi.
