13 fevral 2012 00:31
Sumqayıt - Neftçi matçı Şəfa stadionunda
Futbol üzrə Azərbaycan Premyer Liqasının 20-ci turunun “Sumqayıt” – “Neftçi” oyunu Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilməyəcək. Azerisport.az xəbər verir ki, qarşılaşma Bakıdakı “Şəfa” stadionunda baş tutacaq.
Buna səbəb əlverişsiz hava şəraiti olub. Son günlər dayanmadan yağan qar Mehdi Hüseynzadə adına stadionun ot örtüyünü yararsız hala salıb.
Qeyd edək ki, “Sumqayıt” – “Neftçi” oyunu fevralın 15-də keçiriləcək.
