13 fevral 2012 00:12
Yığmamızın qapıçısı ən yaxşı seçildi
Xəbər verdiyimiz kimi, çimərlik futbolu üzrə Azərbaycan milli komandası Rusiyanın Sankt Peterburq şəhərində təşkil olunmuş “Grand-Prix Winter OBSL 2012” beynəlxalq turnirinin qalibi olub. Azerisport.az xəbər verir ki, bütün rəqiblərindən güclü olan millimiz daha bir nominasiyada fərqlənib.
Komandamızın qapıçısı Emin Kürdov təşkilatçılar tərəfindən “Ən yaxşı qapıçı” mükafatına layiq görülüb.
