13 fevral 2012 12:41
Amit Quluzadəyə aşağı qiymət
Türkiyə Bank Asya birinci Liqasının sonuncu turu çərçivəsində Türkiyənin "Kayseri Erciyesspor" klubunun heyətində növbəti matçına çıxan Amit Quluzadənin oyunu qiymətləndirilib. Azerisport.az xəbər verir ki, "Denizlispor"la oyunda 16 dəqiqə meydanda olan Amitin çıxışı 4 balla layiq görülüb.
Türkiyə mətbuatı Amitin çıxışına aşağı bal verib. Bu da həmyerlimizin digər futbolçularla müqayisədə meydanda az olması ilə əlaqədardı. Həm də komandası məhz futbolçumuzun meydanda olduğu dəqiqələrdə qələbəni əldən verib.
Amitlə yanaşı daha 1 futbolçu da 4 balla qiymətləndirilib. Qalan oyunçular isə yüksək bala layiq görülüblər. Qeyd edək ki, “Denizlispor” - "Kayseri Erciyesspor" oyunu 1:1 hesabı ilə başa çatıb.
Erciyesspor: Ferhat – 5, Davut - 6, Fatih - 6, Cemil - 7, Orhan - 5, Vassva - 6, Silla - 6, Metin – 5 (Hanni, 46) - 5, Serkan - 7 (Mehmet, 65) - 4, Berk Elitez - 6, Emrah - 7 (Amit Quluzade, 74) – 4.
