14 fevral 2012 13:43
Aleksandr Starkov: İlkin hədəfimiz ilk altılığa düşməkdən ibarətdi
“Bakı”nın baş məşqçisi Aleksandr Starkov Premyer Liqanın 20-ci turunun “Qarabağ”la oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, klubun rəsmi saytına açıqlamasında bunları dilə gətirib:
“Komandamızın yaxşı hazırlıq keçdiyini, yenilərlə daha da gücləndiyini düşünürəm. Biz daha çox orta və hücum xəttinə diqqət ayırdıq. Müdafiədə də dəyişikliklər var. Komandada əhval-ruhiyyə yaxşıdı. “Qarabağ”la oyuna gəlincə, bu komanda Azərbaycanda ən güclülərdən biridi. Biz Ağdam klubunu məğlub etmək üçün bütün gücümüzü səfərbər etməliyik. Azərbaycanda zəif komanda yoxdu. Bu üzdən də bütün oyunlara eyni səviyyədə köklənməliyik. Bizim ilkin hədəfimiz ilk altılığa düşməkdən ibarətdi. Daha sora isə liderlər qrupuna daxil olmaq istəyirik. Rəqiblərimiz güclüdü. Amma biz də nəyə qadir olduğumuzu yaxşı bilirik”.
