14 fevral 2012 14:26
“Artıq heyətlə bağlı heç bir problemimiz qalmayıb”
AZAL-ın baş məşqçisi Rafiq Mirzəyev azerisport.az saytına müsahibəsində çempionata hazırlıqlarından, eləcə də qarşıdakı “Xəzər Lənkəran”la oyundan danışıb.
- “Xəzər Lənkəran”la oyuna hazırlıqlar necə gedir:
- Əlverişsiz hava şəraiti hamı kimi, bizim üçün də problemlər yaradıb. Çalışırıq ki, səfər matçında istədiyimizə nail olaq. Amma hələ “Xəzər Lənkəran”ın stadionunda qazonun hansı durumda olduğundan xəbərimiz yoxdu. Əgər meydança ideal vəziyyətdə olmasa, hansı futboldan söhbət gedə bilər? Belə olan halda ancaq topsuz qabağa qaçıb, orda nəyəsə ümid etmək qalır. Odu ki, çox şey havadan, şəraitdən asılıdı. Məsələn, dünən axşam məşqə çıxdıq. Oyunçular soyuqdan donurdular.

- Zoahir Benuahi zədə səbəbindən məşqlərdən kənarda qalmışdı. İndi durumu necədi?
- Onda ciddi heç nə yoxdu. Bir müddət zədəsi vardı, ardından xəstələndi. Amma indi digər futbolçular kimi, Benuahi də komandayla birgə hazırlıq keçir.

- Bu qış “Xəzər Lənkəran” heyətinə bir neçə yeni futbolçu qatdı. Onların arasında Rendal Brenes kimi Kosta Rika yığmasının hücumçusu da var...
- Bu transferlərdən bizim də xəbərimiz var. Amma onların necə oyunçu olduqlarını biz də elə sizin qədər bilirik. Odu ki, həmin futbolçuların tam olaraq nəyə qadir olduqlarından xəbərimiz yoxdu. Hər halda “Xəzər Lənkəran”da komandanın özəyi saxlanılıb. Odu ki, rəqibi yaxşı tanıdığımızı deyə bilərəm. Brenesə gəlincə, bizim heyətdə də Usim Nduka kimi futbolçu var ki, onu asanlıqla zərərsizləşdirə bilər. Amma yenə deyirəm, hər şey havadan, şəraitdən asılıdı.
- 19-cu turun təxirə salınması sizin üçün yerinə düşdü, yoxsa əksinə?
- Tərixə salınmasaydı, hər şey daha yaxşı olardı. Bir növ bu, bizim üçün yaxşı deyil. Amma burda heç kimin günahı yoxdu. Sadəcə uşaqlar tam olaraq “Sumqayıt”la oyuna köklənmişdilər. Təəssüf ki, hava şəraiti öz sözünü dedi.

- Digər klublardan fərqli AZAL qış hazırlığını Azərbaycanda keçirdi. Razı qaldınızmı?
- Bütövlükdə, toplanışımız yaxşı keçdi. Fiziki hazırlıq üzrə məşqçimiz Gəray Qarayevin rəhbərliyi altında bu yöndə hazırlıqlarımız davam edir. Ən əsası odu ki, futbolçular arasında anlaşma səviyyəsinin yaxşılaşmasına nail olduq. İndi bunu həyata keçirmək qalır.

- AZAL-ın elə də güclü transferlər həyata keçirməməsi nə ilə bağlıdı?
- Biz rəhbərliklə söhbətləşdik və qərara aldıq ki, mövsümün sonuna kimi, heyətdə ciddi dəyişiklərə əl atmayaq. İndi bizdə hər mövqeyə iki futbolçu var. Biz sadəcə Tural Nərimanovla Şəhriyar Xəlilovu icarəyə götürdük. Bunlar da bizə heyətdəki kiçik problemləri aradan qaldırmağa imkan verir. Bir ara hansısa oyunçumuz zədələnəndə, onu layiqincə əvəzləyəcək birini tapa bilmirdik. Amma indi belə problemlərimiz qalmayıb.

- AZAL-ın hazırda 7-ci pillədə olması futbolçular üzərində hansısa təzyiq yaratmır ki?
- Heç bir təzyiq yoxdu. Son oyunlarımız da göstərdi ki, biz oynaya bilərik. Amma nədənsə, hərdən bizdə də alınmır. Məsələn, “Neftçi” (1:7) və “Rəvan”a (1:3) məğlubiyyətlərdə olduğu kimi.

- Azərbaycan yığmasının Dubay toplanışını izləməyə gedəcəksiz?
- Əgər buraxsalar, gedəcəyəm. Hər şey rəhbərliyin qərarından asılıdı. Hələ bu barədə danışmamışıq. Hazırda bütün fikirlərimiz qarşıdakı oyuna yönəlib.