14 fevral 2012 14:44
20-ci turda 20-ci duel
Azərbaycan Premyer Liqasının 20-ci turunda “Xəzər Lənkəran” AZAL-la qarılaşacaq. Azerisport.az xəbər verir ki, bu, komandalar arasında 20-ci görüşdü.
Rəqiblər indiyədək 15 dəfə çempionatda, 4 dəfə isə Azərbaycan kubokunda üz-üzə gəliblər. Arxada qalan 19 qarşılaşmada “Xəzər Lənkəran”ın üstünlüyü aşkardı.
Belə ki, çempionatdakı 15 matçda 10 qələbə qazanan cənublular 3 heç-heçə edib və cəmi 2 dəfə uduzub. Top fərqində isə rəqibindən az qala 3 dəfə artıq qol vurub – 20:7. Ölkə kubokundakı hər 2 dueldə isə mərhələ adlayan “Xəzər Lənkəran” olub. Buradakı 4 oyunda hesabında 2 qələbə, 1 heç-heçə və 1 məğlubiyyət olan komanda 5 qol vurub 3-nü buraxıb.
Bir sözlə 20-ci duelə qədər “Xəzər Lənkəran” 12 qələbə qazanıbsa AZAL-ın cəmi 3 uğuru var. 4 dəfə heç-heçə edən rəqiblərin duellərində cənub təmsilçisi 25, bakılılar isə 10 dəfə fərqləniblər. “Xəzər Lənkəran”ın ev oyunlarında isə bu üstünlük daha böyükdü. Əvvəlki 9 matçdan 7-də qalib gələn lənkəranlılar qonaqlara uduzmayaraq cəmi 2 xal verib. Öz meydanında paytaxt təmsilçisinin qapısından 15 top keçirən komanda cəmi 5 dəfə qapısında qol görüb.
2005/06 12.08.2005 çempionat Olimpik (Bakı) səfərdə 2:0
2005/06 12.02.2006 çempionat Olimpik (Bakı) evdə 1:0
2006/07 17.09.2006 çempionat Olimpik (Bakı) səfərdə 2:1
2006/07 27.04.2007 çempionat Olimpik (Bakı) evdə 3:2
2007/08 25.11.2007 çempionat Olimpik (Bakı) səfərdə 0:0
2007/08 06.03.2008 kubok, ¼ final Olimpik (Bakı) səfərdə 0:1
2007/08 20.03.2008 kubok, ¼ final Olimpik (Bakı) evdə 2:0
2007/08 17.05.2008 çempionat Olimpik (Bakı) evdə 0:0
2008/09 20.09.2008 çempionat Olimpik (Bakı) səfərdə 1:0
2008/09 14.03.2009 çempionat Olimpik (Bakı) evdə 0:0
2009/10 21.10.2009 çempionat Olimpik-Şüvəlan (Bakı) səfərdə 0:1
2009/10 10.12.2009 çempionat Olimpik-Şüvəlan (Bakı) evdə 2:1
2009/10 27.04.2010 kubok, ½ final Olimpik-Şüvəlan (Bakı) səfərdə 1:1
2009/10 05.05.2010 kubok, ½ final Olimpik-Şüvəlan (Bakı) evdə 2:1
2010/11 29.08.2010 çempionat AZAL (Bakı) səfərdə 1:0
2010/11 20.02.2011 çempionat AZAL (Bakı) evdə 2:1
2010/11 13.03.2011 çempionat AZAL (Bakı) səfərdə 0:1
2010/11 23.04.2011 çempionat AZAL (Bakı) evdə 3:0
2011/12 14.08.2011 çempionat AZAL (Bakı) səfərdə 3:0
