14 fevral 2012 15:34
FIFA Azərbaycanda keçiriləcək DÇ-2012-ni müzakirə edir
Bu gün İsveçrənin Sürix şəhərində FIFA U-17 qadınlararası dünya çempionatının FIFA Təşkilat Komitəsinin iclası keçirilib. Azerisport.az xəbər verir ki, AFFA-nın baş katibi, qeyd olunan komitənin xüsusi müşaviri Elxan Məmmədov tədbirdə hesabatla çıxış edib, komitə üzvlərinə FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin hazırlıq işləri ilə bağlı ətraflı məlumat verib.
Bundan əlavə, FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsinin (YTK) bəzi üzvləri də hazırda Sürix şəhərində səfərdədi. YTK-nın üzvləri bu gün FIFA-nın müxtəlif departamentlərində işgüzar görüşlər keçirəcək.
