14 fevral 2012 15:51
La Liqa klubu yeni baş məşqçisinə qovuşdu
Futbol üzrə İspaniya La Liqasında çıxış edən “Sporting” klubunun yeni baş məşqçisi müəyyənləşib. Azerisport.az xəbər verir ki, Xixon təmsilçisini bundan sonra Xavyer Klemente çalışdıracaq.
Onunla mövsümün sonuna kimi müqavilə imzalanıb. Bu mütəxəssis vaxtilə “Atletico”, “Espanyol”, “Betis”, “Athletic”, “Real Murcia”, “Real Valladolid” və daha bir neçə klubda çalışıb. Bundan əlavə təcrübəli mütəxəssisin Kamerun, İspaniya və Serbiya yığmalarında çalışdığını da vurğulayaq. Klemente “Sporting”dəki ilk oyununu həftəsonu keçmiş klubu “Atletico”ya qarşı keçirəcək.
Qeyd edək ki, “Sporting” yanvarın sonlarında baş məşqçisi Manuel Presyadonu qovandan bəri özünə yeni çalışdırıcı axtarırdı. Komanda cari mövsümdə heç də uğurlu çıxış etmədiyindən, klub rəhbərliyi bütün günahı məhz sabiq baş məşqçidə görmüşdü.
