14 fevral 2012 16:12
Yığmamızın baş məşqçisi hesabat verəcək
Futzal üzrə Azərbaycan yığmasının baş məşqçisi Joze Alesio da Silva, eləcə də Futzal Federasiyasının prezidenti Zaur Axundov AFFA-nın baş katibi Elxan Məmmədovla görüşəcək. Azerisport.az xəbər verir ki, bu həftə baş tutacaq görüşdə braziliyalı mütəxəssis millimizin son Avropa çempionatındakı uğursuz çıxışına dair hesabat verməlidi.
Bundan əlavə sözügedən toplantıda yığma komandamızla bağlı gələcək planların da müzakirə olunması gözlənilir. Çünki qarşıdan dünya çempionatına vəsiqə verən Rusiya ilə pley-off oyunları gəlir.
