14 fevral 2012 16:39
Kəpəzin futbolçularına yeni məşğuliyyət (FOTO)
“Kəpəz”in futbolçuları Premyer Liqanın 20-ci turunun “İnter”lə oyunu öncəsi özlərinə yeni məşğuliyyət tapıblar. Azerisport.az xəbər verir ki, bölgə təmsilçisinin üzvləri Gəncə şəhər stadionunu qardan təmizləməyə qərar veriblər.
Klubun mətbuat xidmətindən verilən məlumata görə, hazırda “Kəpəz”də hamı stadionun qarşıdakı oyun üçün hazır vəziyyətə gətirilməsi üçün çalışır. Görülən işlərin sabah günorta saatlarına kimi tamamlanması gözlənilir.
Qeyd edək ki, “Kəpəz” – “İnter” matçı fevralın 16-da, saat 14:00-da keçiriləcək.
