14 fevral 2012 17:04
Yığmamızın toplanışının vaxtı dəyişdirildi
Fevralın 18-dən 23-dək Bakı şəhərində 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının seleksiya xarakterli təlim-məşq toplanışının keçiriləcəyi barədə xəbər vermişdik. Azerisport.az xəbər verir ki, qeyd olunan toplanışın vaxtı dəyişdirilib.
Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. Məlumatda vurğulanır ki, hazırlıq prosesi fevralın 17-dən 28-dək olan müddətdə keçiriləcək.
