14 fevral 2012 18:16

Premyer Liqa, 20-ci tur: Əfqan Talıbovun proqnozu

Futbol üzrə Azərbaycan Premyer Liqasının 20-ci turunun startı ərəfəsində Əfqan Talıbov azerisport.az saytına müsahibəsində komandaların şanslarını dəyərləndirib.
 
Sumqayıt – Neftçi
Şübhəsiz ki, bu görüşdə paytaxt klubu favoritdi. Böyükağa Hacıyevin yetirmələri yaxşı hazırlıq keçiblər. Onlar fasilədən sonrakı ilk oyunlarında qələbə qazanmaq istəyəcəklər. Çünki mümkün xal itkisi mövsümün qalan hissəsində mənfi təsirini göstərə bilər. Debütanta gəlincə ötən il onlar yaxşı sürət yığmışdılar. Fikrimcə, “Sumqayıt” bu görüşdə rəqibinə ciddi müqavimət göstərə biləcək. Amma “Neftçi”nin minimal hesabla da olsa, qələbə qazanacağını düşünürəm.
 
Xəzər Lənkəran – AZAL
“Təyyarəçilər”in ölkə xaricinə yollanmamasını, normal təlim-məşq toplanışını keçirmədiyini, transfer bazarındakı zəif işini nəzərə alsaq, bu komandanın şansları o qədər də yüksək deyil. Baxayaraq ki, Lənkəranda sensasiyanın baş verməsini də istisna etmirəm. AZAL həmişə sürpriz komanda olub. Lakin mən qələbənin “Xəzər Lənkəran”a qismət olacağı qənaətindəyəm.
 
Bakı – Qarabağ
Hər iki komanda bu mövsümə ciddi hazırlaşıblar. Heç birində hansısa kadr problemi qalmayıb. Əminəm ki, ilk yarı ehtiyatlı oyunla müşaiyət olunacaq. Komandalar əks-hücum futboluna üstünlük verirlər. Məncə, heç-heçə olmalıdı.
 
Rəvan – Turan
Baş məşqçi dəyişikliyindən sonra “Rəvan”ın hansı durumda olması qaranlıq alır. “Turan”da ümumiyyətlə qlobal problemlər hökm sürür. Bütün bunlara rəğmən, meydanda ciddi mübarizənin gedəcəyini düşünürəm. Bu mübarizədən “Rəvan” qalib ayrılacaq.
 
Simurq – Qəbələ
Maraqlı qarşıdurma olacaq. Nəzərə alsaq ki, “Simurq” rəqibini doğma meydanda qəbul edəcək, onda şansların bərabər olduğunu demək olar. “Qəbələ”yə ilk altılığa düşmək yolunda xal itirmək olmaz. Qəbələlilər üçün bu matç dönüş nöqtəsi də ola bilər. Bu oyunda da heç-heçə olacağını düşünürəm.
 
Kəpəz – İnter
“Kəpəz”ə çempionatın liderlərindən olan komandadan xal almaq çətin olacaq. “İnter” təkcə bu oyunda 3 xal qazanmaqla kifayətlənməyib, “Neftçi”nin də xal itkisini arzulayacaq. Belə olsa, bu komandanın qələbə qazanması daha real görünür. “Bankirlər”in minimal hesablı qələbəsini proqnozlaşdırıram.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.