14 fevral 2012 18:58
Bakının rəqiblərindən biri olimpiadadan imtina etdi
İtaliya hökuməti 2020-ci il London Yay Olimpiya Oyunlarını Romada keçirmək iddiasından imtina edib. Azerisport.az xəbər verir ki, bu barədə qərarı baş nazir Mario Monti qəbul edib.
Səbəb kimi olimpiadanın təşkili üçün böyük xərclərin tələb olunması göstərilib. Monti bildirib ki, hazırda iqtisadi böhran yaşayan İtaliya bu qədər xərci öhdəsinə götürməyə razı olmaz.
Qeyd edək ki, Romanın 2020-ci il Yay Olimpiya Oyunlarından imtinası Bakı şəhərinin şanslarını artırıb. Bu qərardan sonra Azərbaycan paytaxtından əlavə 4 iddiaçı şəhər – Doha (Qətər), Tokio (Yaponiya), Madrid (İspaniya) və İstanbul (Türkiyə) qalıb.
