15 fevral 2012 00:05
Fasilə bitdi, yola davam!
Futbol üzrə Azərbaycan Premyer Liqasında ötən il dekabr ayının 21-dən yaranan böyük fasilə bu gün başa çatır. Azerisport.az xəbər verir ki, 20-ci tur çərçivəsində keçiriləcək 3 oyunla ölkə çempionatındakı mübarizə yenidən bərpa olunacaq.
Qeyd edək ki, əslində Premyer Liqada qış fasiləsi ötən həftə başa çatmalıydı. Lakin ölkə ərazisindəki kəskin hava şəraiti 19-cu turun təxirə salınmasına gətirib çıxardı. Bu üzdən də çempionatın bərpası məhz 20-ci turun oyunlarıyla gerçəkləşmiş olacaq.
İlk oyun günündə çempionatın hazırkı lideri “Neftçi” “Sumqayıt”ın qonağı olacaq. Sumqayıt şəhər stadionu qarın təsiri nəticəsində bu oyuna hazır olmadığından, sözügedən şəhərin təmsilçisi rəqibini “Şəfa”da qəbul edəcək. Bu üzdən də Bernard Raabın komandası əlindəki kiçiç üstünlükdən də məhrum olunmuş kimi görünür. Premyer Liqanın debütantı qış fasiləsində heyətinə bir qədər əl gəzdirsə də, yenə son ölkə çempionuna qalib gələcək gücdə görünmür. “Ağ-qaralar” isə əksinə, bu qış heyətinə yeni futboçu qatmayan yeganə klubumuz olmasına rəğmən, yenə “Sumqayıt”ı rahat keçəcək gücdədi. Birinci dövrədə baş tutan görüşdə “Neftçi”nin sözügedən komandanı 4 cavabsız qolla yendiyini də qeyd edək.
Liderlər qrupunda qərarlaşan digər komanda “Xəzər Lənkəran” AZAL-la qarşılaşacaq. Cənub təmsilçisinin rəqibini evdə qəbul etməsi şübhəsiz ki, meydan sahiblərinə əlavə üstünlük qazandırır. Bundan əlavə “təyyarəçilər” bu qış ölkə xaricinə yollanmaq əvəzinə Azərbaycanda qalaraq, hazırlıqlarını digər klublarımızdan fərqli şəkildə həyata keçirdilər. Həm bu, həm də transfer bazarında fəal görünməməsi AZAL-ın bu mövsüm üçün qarşısına ciddi məqsədlər qoymamasının göstəricisi sayıla bilər. “Xəzər Lənkəran”da isə hər şey fərqlidi. Qarşısına çempionluq hədəfi qoymuş cənub təmsilçisi heyətinə Rendal Brenes, Radomir Todorov, Roberto Alviz, Stevan Bates və daha bir neçə futbolçu qatdı. Onların komandaya nə dərəcədə faydalı olacağını zaman göstərəcək. Amma Lənkəran klubu zirvə mübarizəsindəki yoluna davam etmək üçün bu günkü mübarizədən mütləq qalib ayrılmağa borcludu. Hansı ki, ilk dövrədə bunu darmadağınla həyata keçirmişdi – 3:0.
Turun mərkəzi oyununda “Bakı” və “Qarabağ” üz-üzə gələcək. Hər iki komanda mövsümün qalan dövrünə çox ciddi hazırlaşıb. Ağdam klubu Vaqif Cavadovu geri qaytarıb, Makedoniya yığmasının yarımmüdafiəçisi Muarem Muaremi heyətinə qatdısa, “Bakı” da ispaniyalı hücumçu Serxio Kontreras başda olmaqla bir sıra səs-küylü transferlər həyata keçirib. Bütün bunlarla yanaşı sözügedən duelə maraq qatan başqa amillər də var. Məsələ burasındadı ki, çempionluq həvəsində olan komandaların hazırda xalları eynidi – 29. Bir sözlə altı xallıq oyunda qələbə qazanacaq tərəf çox böyük üstünlük əldə edəcək. Ağdamlıların ilk dövrədəki oyundan 2:1 hesablı qələbəylə ayrıldığını da qeyd edək.
İkinci oyun günündə öncə “Simurq” və “Qəbələ” münasibətlərinə aydınlıq gətirəcək. Nəzərə alsaq ki, “Simurq” rəqibini doğma meydanda qəbul edəcək, bu, zaqatalalılara müəyyən üstünlük qazandıra bilər. Qələbə ilk altılığa düşmək üçün mübarizə aparan iddialı “Qəbələ”yə daha çox lazımdı. Amma meydan sahiblərinin baş məşqçisi Sergey Yuran da şanslarının cüzi olmasına rəğmən, mübarizələrini davam etdirdiklərini və ilk altı komanda sırasına düşmək istədiklərini gizlətmir. Bu üzdən də yaxşı hazırlıq keçən, heyətlərini daha da gücləndirən bölgə təmsilçilərinin duelinin gərgin keçəcəyini indidən proqnozlaşdırmaq olar. Özü də ilk dövrədə “Simurq” səfərdə “Qəbələ”ni iki cavabsız qolla yendiyindən, güman ki, qonaqlar qisas haqda da düşünəcəklər.
Daha bir maraqlı qarşılaşma autsayderlər qrupunda qərarlaşan “Turan”la “Rəvan” arasında keçiriləcək. Paytaxt klubu qış fasiləsinə qədər özündən kifayət qədər söz etdirməyi bacardı. Lakin hazırkı fasilənin başa çatmasına az qalmış baş məşqçi dəyişikliyinə əl atması bu komandanın gələcək çıxışına təsirsiz ötüşməyə bilər. Düzdü, “Turan” da ciddi böhran keçirirdi. Komanda hətta mövsümün qalan dövründə meydana çıxmamaq təhlükəsiylə üz-üzəydi. İndi bütün bu problemlər arxada qalsa da, normal təlim-məşq toplanışı keçməmiş tovuzluların ciddi hansısa uğur qazanması inandırıcı görünmür. Bu üzdən nə qədər yaxş durumda olmasa da, “Rəvan”ın ilk dövrədəki kimi (1:0), bu dəfə də qələbə qazanmaq şansı kifayət qədər çoxdu.
Nəhayət, turun qapanış matçında “Kəpəz” “İnter”lə üz-üzə gələcək. “Turan” kimi Gəncə klubu da qış fasiləsinə yaxşı xəbərlərlə yollanmamışdı. Amma “Kəpəz”də sular daha tez duruldu və hətta komandanın Türkiyədə təlim-məşq toplanışı keçməsinə də şərait yaradıldı. Bununla yanaşı gəncəlilər heyətə də yeni futbolçular cəlb ediblər. Bu üzdən “bankirlər”in bu komandanı asanlıqla yenəcəyini gözləmək bir qədər düz olmazdı. Ən azı ona görə ki, ilk dövrədə də Gəncə klubu bakılılardan xal almağı bacarmışdı – 0:0. Son yoxlama matçlarındakı müsbət nəticələr də “Kəpəz”in sürpriz edəcək gücdə olmasından xəbər verir.
Premyer Liqa
20-ci tur
15 fevral (çərşənbə)
Sumqayıt - Neftçi
Hakimlər: Anar Salmanov, Rza Məmmədov, Yaşar Abbasov, Fuad Həsənov.
AFFA nümayəndəsi: Rauf Əmirov.
Hakim-inspektor: Nüvər Xasıyev.
Bakı. "Şəfa" stadionu. Saat 14:00
Bakı – Qarabağ
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Səfər Haşımov.
"Bakı" FK-nın təlim-məşq bazasının stadionu, təbii örtüklü meydança. Saat 14:00.
Xəzər Lənkəran – AZAL
Hakimlər: Fariz Yusifov, Elman Musayev, Vaqif Musayev, Teymur Fərhadov.
AFFA nümayəndəsi: Qürbət Həsənov.
Hakim-inspektor: Asim Xudiyev.
Lənkəran. Şəhər mərkəzi stadionu. Saat 16:00.
16 fevral (cümə axşamı)
Simurq - Qəbələ
Hakimlər: Rəhim Həsənov, Ramiz Əsədov, Azər Əsgərov, Rasim Məmmədov.
AFFA nümayəndəsi: Şaiq Həmidov.
Hakim-inspektor: Məhəmməd Məmmədov.
Zaqatala. Şəhər stadionu. Saat 13:00.
Rəvan - Turan
Hakimlər: Rövşən Əhmədov, İlham Əliyev, İsgəndər Əliyev, Tahir Əhmədov.
AFFA nümayəndəsi: Rauf Hüseynli.
Hakim-inspektor: Kərim Ağayev.
Bakı. Dalğa Arena. Saat 14:00.
Kəpəz - İnter
Hakimlər: Elçin Məmmədov, Rahil Ramazanov, Namiq Hüseynov, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Gəncə. Şəhər stadionu. Saat 14:00.
|
1
|
Neftçi
|
18
|
12
|
1
|
5
|
37-16
|
37
|
|
2
|
İnter
|
18
|
10
|
6
|
2
|
17-9
|
36
|
|
3
|
Xəzər Lənkəran
|
18
|
10
|
5
|
3
|
27-17
|
35
|
|
4
|
Qarabağ
|
18
|
8
|
5
|
5
|
20-14
|
29
|
|
5
|
Bakı
|
18
|
8
|
5
|
5
|
23-16
|
29
|
|
6
|
Qəbələ
|
18
|
7
|
5
|
6
|
18-19
|
26
|
|
7
|
AZAL
|
18
|
6
|
5
|
7
|
26-28
|
23
|
|
8
|
Rəvan
|
18
|
5
|
7
|
6
|
21-22
|
22
|
|
9
|
Simurq
|
18
|
5
|
4
|
9
|
18-27
|
19
|
|
10
|
Kəpəz
|
18
|
4
|
4
|
10
|
21-34
|
16
|
|
11
|
Sumqayıt
|
18
|
4
|
3
|
11
|
13-23
|
15
|
|
12
|
Turan
|
18
|
3
|
2
|
13
|
10-26
|
11
|
Bombardirlər:
11 - Bahodir Nasimov (Neftçi)
8 - Robertas Poşkus (Simurq), Tales Şütz (AZAL)
7 - Flavinyo (Neftçi)
7 - Flavinyo (Neftçi)
6 - Uinston Parks (Bakı), Dodo (Qəbələ).
