15 fevral 2012 17:54
Qarabağla Neftçidən 3, XL-dan 1 qolla 3 xal (YENİLƏNİB)
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 20-ci turun oyunlarına start verilib. Azerisport.az xəbər verir ki, qış fasiləsindən sonrakı ilk turun birinci oyun günündə 3 qarşılaşma baş tutub.
Lider “Neftçi” “Sumqayıt”la üz-üzə gəlib və üç cavabsız qolla qələbə qazanıb. Liderlər qrupunda qərarlaşan digər komanda – “Xəzər Lənkəran” doğma meydanda AZAL-la münasibətlərinə aydınlıq gətirib. Cənublular minimal hesablı qələbəyə seviniblər. Turun mərkəzi oyununda isə “Bakı”yla “Qarabağ” qarşılaşıb. Ağdam klubu rəqibini darmadağın edərək, mövqeyini möhkəmləndirib.
Premyer Liqa
20-ci tur
15 fevral (çərşənbə)
XƏZƏR LƏNKƏRAN – AZAL - 1:0 (0:0)
Qol: R.Əmirquliyev, 74 (1:0)
Hakimlər: Fariz Yusifov, Elman Musayev, Vaqif Musayev, Teymur Fərhadov.
Lənkəran. Şəhər mərkəzi stadionu.
Oyun başladı
1. AZAL elə ilk hücumdaca hesabı açmağa yaxın olsa da, Ervin Bulkunun zərbəsini K.Ağayev zədələnmək bahasına da olsa, kornerə çıxarır
2. Qonaqların korneri də təhlükəli alınır, amma top Kamranda qalır
9. A.Pit sarı vərəqə ilə cəzalanır
10. Meydan sahiblərinin kornerdən fərqlənmək istəyi alınmır
17. XL çox təhlükəli hücum qursa da, son anda qonaqların qapısına yol tapmaq olmur
21. Rahidin zərbəsini C.Həsənzadə tutur
26. Subaşiçin zərbəsi qapıdan aralı keçir
32. Beqirinin cərimə zərbəsi dəqiq alınmır
37. Elşən Məmmədov sarı vərəqə ilə cəzalanır
39. Abdullayevin zərbəsini Həsənzadə dəf edir
40. Pitin zərbəsi qapı tirinə dəyərək meydanı tərk edir
43. Qonaqlar kornerdən yararlana bilmirlər
45. T.Şütz sarı vərəqə alır
45+1. Kamran Şützün hesabı açmasına son anda imkan vermir
Birinci hissə başa çatdı
İkinci hissə başladı
50. XL ikinci hissəyə də hücumlarla başlayıb
60. N.Kvirtiyanı Tərlan Xəlilov əvəzləyir
61. Aqil Nəbiyev sarı vərəqə ilə cəzalanır
62. E.Abdullayevi Roberto Alviz əvəzləyir
68. Antonio Semedo Tounkara Sadio ilə əvəzlənir
70. E.Məmmədovun əvəzində meydana Hüseyn Axundov daxil olur
72. Şützün zərbəsini son anda Kamran dəf edir
74. R.Əmirquliyev qapıçını da aldadaraq, hesabı açır - 1:0
77. H.Axundov sarı vərəqə alır
88. Subaşiç yerini Alim Qurbanova verir
Matç başa çatdı
SUMQAYIT – NEFTÇİ - 0:3 (0:1)
Qollar: Flavinyo, 45 (0:1), B.Nasimov, 48 (0:2), B.Nasimov, 84 (0:3)
Hakimlər: Anar Salmanov, Rza Məmmədov, Yaşar Abbasov, Fuad Həsənov.
Bakı. "Şəfa" stadionu.
"Neftçi"nin start heyəti: Rauf Mehdiyev, Ruslan Abışov, Rail Məlikov, Elvin Yunuszadə, Alessandro Viana da Silva, Denis Silva, Slavço Georgiyevski, Mirhüseyn Seyidov, Rəşad Abdullayev, Flavinyo, Bahadur Nasimov.
"Sumqayıt"ın start heyəti: Andrey Popoviç, Tərlan Quliyev, Timur İsrafilov, Ruslan Tağızadə, Bədavi Hüseynov, Samir Abbasov, Abdulla Abatsiyev, Uğur Pamuk, Eşqin Quiyev, Ramil Həşimzadə, Kamil Nurəhmədov.
Oyun başladı
İlk dəqiqələr gözlənildiyi kimi "Neftçi"nin üstünlüyü şəraitində keçir
4. Mirhüseyn Seyidovun zərbəsini qapıçı tutur
6. Rəşad Abdullayev, Andrey Popoviçlə təkbətək çıxsa da zərbəsi qeyri-dəqiq alınır
8. Flavinyonun zərbəsindən sonra top qapının üstündən keçir
26. Alessandro Viana da Silva Ruslan Əmircanovla əvəzlənir
32. Kamil Nurəhmədovun zərbəsi zamanı top qapının yanından keçir
36. B.Nasimov qapıçı ilə təkbətək çıxsa da, özbəkistanlı futbolçunun zərbəsini Popoviç tutur
40. "Neftçi"nin bütün cəhdlərinə rəğmən, "Sumqayıt" yaxşı müdafiə olunur
43. Mirhüseyn Seyidovun uzaq məsafədən zərbəsi qapının üstündən keçir
45. Flavinyo nəhayət ki, nominal meydan sahiblərinin müqavimətini qıra bilir - 0:1
Birinci hissə başa çatd
İkinci hissə başladı
48. "Neftçi" ikinci hissəyə qolla başlayır. Slavço Georgiyevskinin ötürməsindən sonra Bahodir Nasimov hesabı artırır - 0:2
61. Flavinyo əlverişli qol imkanı qazansa da, bu epizodda Popoviç komandasını 3-cü qoldan xilas edir
68. Nasimov dubl etməyə yaxın olsa da, bu dəfə top çərçivədən yayınır
75. Flavinyonun əvəzinə meydana Flaqmanın gənc yetirməsi Elşən Abdullayev daxil olur
77. Nasimovun zərbəsi qapı dirəyinə tuş gəlir
78. Slavço Georgiyevskinin yerinə meydana Cavid İmamverdiyev çıxır
84. Mirhüseyn Seyidovun ötürməsini Nasimov qola çevirir - 0:3
87. Nasimov het-trik edə bilərdi. Amma bu dəfə top azacıq qapının üstündən keçir
Matç başa çatdı
BAKI - QARABAĞ - 0:3 (0:1)
Qollar: Ə.İsmayılov, 27-pen (0:1), Rəşad Sadiqov, 48 (0:2), G.Adamiya, 65 (0:3)
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Feyzulla Feyzullayev.
"Bakı"nın təlim-məşq bazasının stadionu.
Oyun başladı
Hər iki komanda hücum qurmağa çalışsa da, hələlik alınmır
"Qarabağ" topa daha çox nəzarət edir
"Bakı" bu qış transfer etdiyi yenilərdən dördünü - Koke, Horvat, Bakoviç, Kovaçeviç - meydana buraxıb
14. Əfranın yaxın məsafədən zərbəsi zamanı Şarliya meydan sahiblərini yüz faizli qoldan xilas edir
19. Adamiyanın fərqlənməsinə yenə Şarliya mane olur
20. "Bakı"da hələlik, heç nə alınmır
26. B.Soltanov cərimə meydançasında Şarliya tərəfindən kobudluğa məruz qalır və penalti!
27. Əfran qapıçıyla dueldən qalib ayrılır - 0:1
34. "Qarabağ" az qala 2-ci qolu vuracaqdı. Adamiyanın cəmi bir neçə metrlikdən vurduğu zərbə zamanı top dirəkdən dönür. Rəşad Sadiqovun təkrar zərbəsi isə dəqiq alınmır
"Bakı" fəallığı artırsa da, bu, bəhrəsizdi
Birinci hissə başa çatdı
İkinci hissə başladı
48. Rəşad Sadiqov möhtəşəm zərbə ilə komandasının ikinci qolunu vurur - 0:2
49. Çesnauski R.Sadıqoa qarşı kobudluğa görə sarı vərəqə alır
54. U.Parks əla qol imkanı qazansa da, dəyərləndirə bilmir
56. Aqollinin zərbəsini qapıçı qaytarır
62. "Bakı" cərimə zərbəsindən yararlana bilmir
65. Əfran müdafiəçilərdən sıyrılaraq, qapı qarşısına ideal ötürmə etdi ki, Adamiyaya bu epizodda sadəcə topu tora qovuşdurmaq qalırdı - 0:3
67. L.Horvat yerini A.Şoliçə verir
70. B.Soltanov yerini komandasının yeni transferi Muarem Muaremə verir
72. Ş.Əliyev sarı vərəqə alır
76. Əfranı Vüqar Nadirov əvəzləyir
78. Ş.Əliyevin əvəzində meydana Rəhman Hacıyev çıxır
80. V.Nadirovun uzaqdan zərbəsini Şarliya tutur
82. Adamiya demək olar ki, boş qapını nişan ala bilmir
83. V.Nadirov sarı vərəqə alır
84. Adamiyanın əvəzində meydana İlqar Qurbanov çıxır
85. Elvin Məmmədov da sarı vərəqəsiz "ötüşmür"
90. Matçın əsas vaxtına 3 dəqiqə əlavə olunur
Matç başa çatdı
Qeyd edək ki, turun qalan görüşləri sabah keçiriləcək: Simurq - Qəbələ, Rəvan – Turan, Kəpəz – İnter.
|
1
|
Neftçi
|
19
|
13
|
1
|
5
|
40-16
|
40
|
|
2
|
Xəzər Lənkəran
|
19
|
11
|
5
|
3
|
28-17
|
38
|
|
3
|
İnter
|
18
|
10
|
6
|
2
|
17-9
|
36
|
|
4
|
Qarabağ
|
19
|
9
|
5
|
5
|
23-14
|
32
|
|
5
|
Bakı
|
19
|
8
|
5
|
6
|
23-19
|
29
|
|
6
|
Qəbələ
|
18
|
7
|
5
|
6
|
18-19
|
26
|
|
7
|
AZAL
|
19
|
6
|
5
|
8
|
26-29
|
23
|
|
8
|
Rəvan
|
18
|
5
|
7
|
6
|
21-22
|
22
|
|
9
|
Simurq
|
18
|
5
|
4
|
9
|
18-27
|
19
|
|
10
|
Kəpəz
|
18
|
4
|
4
|
10
|
21-34
|
16
|
|
11
|
Sumqayıt
|
19
|
4
|
3
|
12
|
13-26
|
15
|
|
12
|
Turan
|
18
|
3
|
2
|
13
|
10-26
|
11
|
Bombardirlər:
13 - Bahodir Nasimov (Neftçi)
8 - Robertas Poşkus (Simurq), Tales Şütz (AZAL), Flavinyo (Neftçi)
6 - Uinston Parks (Bakı), Dodo (Qəbələ).
