16 fevral 2012 15:55
Qəbələ və İnter bir qolla güldü, Turan Rəvanla bacarmadı (YENİLƏNİB)
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 20-ci turun oyunlarına yekun vurulub. Azerisport.az xəbər verir ki, qış fasiləsindən sonrakı ilk turun sonuncu oyun günündə 3 qarşılaşma baş tutub.
Liderlik üçün mübarizə aparan “İnter” səfərdə “Kəpəz”lə qarşılaşıb. "Bankirlər" yalnız son dəqiqələrdə vurduqları qolla qələbə qazanaraq, ikinci pillədəki yerlərini qaytarıblar. “Simurq” “Qəbələ” ilə üz-üzə gəlib. Qonaqlar minimal hesablı qələbəyə seviniblər. “Rəvan” isə “Turan”ı qəbul edəib və çətinliklə də olsa, qələbə qazanıb.
Premyer Liqa
20-ci tur
16 fevral (cümə axşamı)
RƏVAN - TURAN - 2:1 (2:1)
Qol: N.Vidakoviç, 17 (1:0), C.Tağıyev, 45 (1:1), N.Vidakoviç, 45+1 (2:1)
Hakimlər: Rövşən Əhmədov, İlham Əliyev, İsgəndər Əliyev, Tahir Əhmədov.
Bakı. Dalğa Arena.
Oyun başladı
Matçda ilk təhlükəli vəziyyəti qonaqlar yaradır. Amma Nadir Nəbiyev qapıçı ilə üz-üzə qalsa da, hesabı aça bilmir
Şerif Suma hesabı açmağa yaxın olsa da, əlverişli imkanı qaçırır
"Rəvan" fəallığı artırıb
N.Vidakoviç möhtəşəm qayçı zərbəsi ilə hesabı açır - 1:0
Torresin əla zərbəsi zamanı Anar Nəzirov qonaqları ikinci qoldan xilas edir
Anar Nəzirov Tural Cəlilovun da qol vurmasına mane olur
"Turan" kornerdən yararlana bilmir
"Turan"da Cavad Mirzəyev sarı vərəqə ilə cəzalanır
A.Nəzirov T.Novruzovun çox təhlükəli zərbəsini dəf edir
Cavid Tağıyev əla qola imza atır - 1:1
Vidakoviç korner zamanı baş zərbəsi ilə dublunu rəsmiləşdirir - 2:1
Birinci hissə başa çatdı
İkinci hissə başladı
"Turan"da Ayxan Abbasovu Azər Məmmədov əvəzləyir
Tagim Novruzov sarı vərəqə alır
"Rəvan"ın üstünlüyü davam edir
Novruzovun uzaqdan zərbəsi dəqiq alınmır
Cavid Tağıyevi Rəşid Piriyev əvəzləyir
Kristian Torresi Sergey Artyux əvəzləyir
Tural Cəlilovu Vüsal Qarayev əvəz edir
Qoqoberişvili kobud oyuna görə sarı vərəqə alır
"Rəvan"da son əvəzləmə: R.Abbasovu Sergey Çernışev əvəzləyir
Matç başa çatdı
KƏPƏZ - İNTER - 0:1 (0:0)
Qol: Nizami Hacıyev, 89 (0:1).
Hakimlər: Elçin Məmmədov, Rahil Ramazanov, Namiq Hüseynov, İnqilab Məmmədov.
Yevlax. Şəhər stadionu.
Oyun başladı
Komandalar oyuna fəal başlayıblar
Vladimir Levinin baş zərbəsi təhlükəli, amma qeyri-dəqiqdi
Petar Zlatinovun zərbəsi zəif alınır
Bronislav əla qol şansını qaçırır
Sabir Allahquliyev yaxşı ötürməni dəyərləndirə bilmir
Georgi Lomaya Svejentsevin qol vurmasına mane olur
Ceyhun Sultanovun zərbəsi qeyri-dəqiq alınır
Zlatinovdan daha bir qeyri-dəqiq zərbə
Svejentsev sarı vərəqə ilə cəzalanır
Birinci hissə başa çatdı
İkinci hissə başladı
"İnter"də Asif Məmmədovu Nizami Hacıyev əvəzləyir
Baçana Tsxadadzenin zərbəsi dəqiq olmur
"Kəpəz"də Pərvin Paşayevi Zaur Əsədov əvəzləyir
Tsxadadzenin uzaqdan zərbəsi qeyri-dəqiq olur
Tural Abbaszadə öncə Zərgərovun, ardından isə Tsxadadzenin zərbəsini dəf edir
"Kəpəz"də Şahin Kərimovu Renat Sultanov əvəzləyir
Nizami Hacıyev "İnter"i son dəqiqələrdə sevindirir - 0:1
Matç başa çatdı
SİMURQ - QƏBƏLƏ - 0:1 (0:0)
Qol: Viktor Mendi, 81 (0:1)
Hakimlər: Rəhim Həsənov, Ramiz Əsədov, Azər Əsgərov, Rasim Məmmədov.
Zaqatala. Şəhər stadionu.
Oyun başladı
Qarşılaşmanın ilk dəqiqələri daha çox mərkəzdə cərəyan edir
İlk təhlükəli hücum meydan sahiblərindən gəldi: Tofiq Mikayılovun zərbəsini Doroşev tuta bilir
Qonaqların hücum xəttində hələlik heç nə alınmır
Anatoli Doroşevin zərbəsindən sonra qonaqları qapı tiri qoldan xilas edir
Zaqatala klubu bu gün çox diqqətlə müdafiə olunur
"Qəbələ" hissənin sonlarında üstünlüyü ələ keçirsə də, təhlükəli hücumlar qura bilmir
Birinci hissə başa çatdı
İkinci hissə başladı
"Qəbələ" hücumlarının sayını artırıb
Viktor Mendi əla qol şansı qazansa da, dəyərləndirə bilmir
Mahir Şükürovun zərbəsində dəqiqlik çatışmır
"Simurq"da iki əvəzləmə: T.Mikayılovla Q.İbrahimovun əvəzində meydana Nicat Qurbanovla İqor Tarasov çıxır
Daniel Genovun zərbəsi qeyri-dəqiqdi
"Qəbələ"də Yannik Kamananı Deon Barton əvəzləyir
Qurbanov sarı vərəqə ilə cəzalanır
Mendi nəhayət ki, meydan sahiblərinin qapısına yol tapır - 0:1
Matç başa çatdı
Qeyd edək ki, turun digər oyunları ötən gün keçirilmişdi: Sumqayıt – Neftçi - 0:3, Bakı – Qarabağ - 0:3, Xəzər Lənkəran – AZAL - 1:0.
|
1
|
Neftçi
|
19
|
13
|
1
|
5
|
40-16
|
40
|
|
2
|
İnter
|
19
|
11
|
6
|
2
|
18-9
|
39
|
|
3
|
Xəzər Lənkəran
|
19
|
11
|
5
|
3
|
28-17
|
38
|
|
4
|
Qarabağ
|
19
|
9
|
5
|
5
|
23-14
|
32
|
|
5
|
Bakı
|
19
|
8
|
5
|
6
|
23-19
|
29
|
|
6
|
Qəbələ
|
19
|
8
|
5
|
6
|
19-19
|
29
|
|
7
|
Rəvan
|
19
|
6
|
7
|
6
|
24-23
|
25
|
|
8
|
AZAL
|
19
|
6
|
5
|
8
|
26-29
|
23
|
|
9
|
Simurq
|
19
|
5
|
4
|
10
|
18-28
|
19
|
|
10
|
Kəpəz
|
19
|
4
|
4
|
11
|
21-35
|
16
|
|
11
|
Sumqayıt
|
19
|
4
|
3
|
12
|
13-26
|
15
|
|
12
|
Turan
|
19
|
3
|
2
|
14
|
11-28
|
11
|
Bombardirlər:
13 - Bahodir Nasimov (Neftçi)
8 - Robertas Poşkus (Simurq), Tales Şütz (AZAL), Flavinyo (Neftçi)
6 - Uinston Parks (Bakı), Dodo (Qəbələ).
