14 fevral 2012 11:25
Vaqif Cavadov: Xal itkisi həm Qarabağ, həm də Bakı üçün böyük zərbə olacaq
“Qarabağ”ın hücumçusu Vaqif Cavadov azerisport.az saytına “Qarabağ”dakı durumundan, cəzasından, eləcə də yığmaya qayıtmaq perspektivlərindən danışıb.
- “Qarabağ”dakı işləriniz necə gedir?
- Hər şey əladı. Mənə komandaya alışmaq üçün vaxt lazım olmadı. Sadəcə, özümü yaxşı tərəfdən göstərmək üçün çalışıram.
- Hər şey əladı. Mənə komandaya alışmaq üçün vaxt lazım olmadı. Sadəcə, özümü yaxşı tərəfdən göstərmək üçün çalışıram.
- Siz 2009-cu ildə komandadan gedərkən olan məşq prosesləri ilə indiki arasında hansısa fərqlər varmıd?
- Bəzi şeylərdə var. İndi məşqlər daha intensiv olmağa başlayıb. “Qarabağ” bu planda çox irəliləyib.
- Bəzi şeylərdə var. İndi məşqlər daha intensiv olmağa başlayıb. “Qarabağ” bu planda çox irəliləyib.
- Türkiyə toplanışındakı yoxlama oyunları necə təəssürat oyatdı?
- Baxmayaraq ki, bizim məğlubiyyətlərimiz də oldu, komanda hazırdı. Biz Premyer Liqada layiqli çıxış edə bilərdik. Toplanışda yeni taktiki sxemləri də baxışdan keçirirdik. Odu ki, həmin oyunlarda nəticə bizim üçün önəmli deyildi.
- Çempionatın qarşıdakı beş turunda çıxış edə bilməyəcəksiz. Bu, sizi çoxmu narahat edira?
- Mən artıq bu qərara yenidən baxılması üçün AFFA-ya məktub göndərmişəm. Həmin baş verən olaylarda “Qarabağ”ın heç bir günahı yoxdu. Həm də beş oyun çox böyük müddətdi. Əgər mənim bir günahım yoxdusa, niyə ethiyatda qalmalıyam ki? Axı bu mənim karyerama təsir edir.
- AFFA nə vaxt qərar qəbul edəcək?
- Berti Foqtsun qayıtmasını gözləyirlər. Yığmanın baş məşqçisi Bakıya gələn kimi, məktubuma cavab verilməlidi. Bizim işimiz gözləməkdi.
- Berti Foqtsun qayıtmasını gözləyirlər. Yığmanın baş məşqçisi Bakıya gələn kimi, məktubuma cavab verilməlidi. Bizim işimiz gözləməkdi.
- “Qarabağ”ın qarşısında hansı hədəflər durur?
- Biz avrokuboklara vəsiqə qazanmaq istəyirik. Əlbəttə, çempion olmaq daha yaxşı olardı. Bunun üçün hər oyunda qələbə qazanmaq lazımdı.
- Biz avrokuboklara vəsiqə qazanmaq istəyirik. Əlbəttə, çempion olmaq daha yaxşı olardı. Bunun üçün hər oyunda qələbə qazanmaq lazımdı.
- AFFA sizin cəzanızı bağışlasa da belə, keçmiş komandanızla - “Bakı”yla oyunu buraxmalı olacaqsız...
- “Bakı” ciddi şəkildə güclənib. Heyətinə əla oyunçular qatıb. Onlar üçün də xal itkisi böyük zərbə olacaq, bizim üçün də. Amma ümid edirəm ki, qələbə məhz bizim olacaq.
- Berti Foqtsun sizin yoxluğunuzda “Sivasspor”un hücumçusu Cihan Özkaranı əsas yığmaya dəvət edəcəyi deyilir...
- Mən Özkararanın oyununu görməmişəm. Ona görə də bir söz deyə bilmərəm. Amma mən yığmanın yaxşı futbolçularla güclənməsinə yalnız sevinə bilərəm. Mənim üçün yığmanın uğur qazanması daha vacibdi. Əgər Cihan bu qədər güclüdürsə, qoy komandamıza kömək etsin. Mən də buna yalnız sevinə bilərəm. Özü də inanməram ki, onu məhz mənim əvəzimdə çağırsınlar. Yığmada hər oyunçunun öz yeri var.
- Qarşıdan gələn Dubay toplanışında yığmamızın Sinqapur, Hindistan və Fələstinlə yoxlama oyunları keçirməsi gündəmdədi. Hesab etmirsiz ki, bunlar o qədər də güclü rəqiblər deyil?
- Dünyada zəif komanda yoxdu. Zəif nəticələr göstərən komandalar var. Azərbaycan indiyə qədər bu komandalardan heç biriylə qarşılaşmayıb. Bizə mümkün qədər çox oynamaq lazımdı. Bu oyunlar da yığmaya ancaq fayda verəcək.