14 fevral 2012 00:01
Təxirə salınmış oyunlar martın 7-də keçiriləcək
Futbol üzrə İtaliya A Seriyasında təxirə salınmış bəzi oyunların keçirilmə vaxtları müəyyənləşib. Azerisport.az xəbər verir ki, artıq 3 qarşılaşmanın nə vaxt oynanılacağı bəllidi.
Belə ki, 23-cü turun “Bologna” – “Juventus” və “Parma” – “Fiorentina” görüşləri martın 7-nə təyin olunub. Elə 22-ci turun “Cesena” – “Catania” matçı da həmin gün oynanılacaq.
Xatırladaq ki, sözügedən qarşılaşmalar İtaliyada yağan güclü qar və şaxta səbəbindən təxirə salınmışdı.
