14 fevral 2012 12:11
"Bu, o demək deyil ki, Neftçidə oynayacağam"
Futbol üzrə Azərbaycan yığmasının və “Neftçi”nin sabiq hücumçusu Samir Əliyev yenidən paytaxt klubunun düşərgəsinə qayıdıb. Lakin o, azerisport.az saytına müsahibəsində bu komandada oynamağa hazırlaşmadağını bildirib:
“Mətbuatda yazılıb ki, mən “Neftçi” ilə müqavilə bağlamışam. Amma bu, düzgün məlumat deyil. Mən sadəcə formamı itirməmək üçün bu komandayla birgə məşq edirəm. “Neftçi” rəhbərliyindən kollektivlə birgə məşq etmək üçün icazə istədim, onlar da razılıq verdilər. Amma bu, o demək deyil ki, mən “Neftçi”də çıxış edəcəm”.