16 fevral 2012 01:39

Milan Arsenal səddini dörd cavabsız qolla keçdi (YENİLƏNİB)

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına start verilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.
 
Belə ki, ÇL-in son qalibi “Barcelona” səfərdə “Bayer”lə üz-üzə gəlib. Kataloniya təmsilçisi almanları səfərdə yenərək, elə ilk oyundaca növbəti mərhələyə vəsiqəni təmin etmiş kimi görünür. Lion “Olympique”i isə doğma divarlar arasında APOEL-lə münasibətlərinə aydınlıq gətirib. Bu oyunda da lionlular minimal hesablı qələbəyə seviniblər.
 
İkinci oyun günündə isə “Zenit” “Benfica”nı qəbul edib. Məhsuldar və gərgin qarşılaşmada meydan sahibləri çətin qələbəyə seviniblər. “Milan” isə “Arsenal”ı qəbul edib və rəqibini 4 cavabsız qolla yola salıb.
 
Qeyd edək ki, bu mərhələnin digər görüşləri gələn həftə keçiriləcək: CSKA (Moskva, Rusiya) – “Real” (İspaniya), “Napoli” (İtaliya) – “Chelsea” (İngiltərə), “Olympique” (Marsel, Fransa) – “İnter” (İtaliya), “Basel” (İsveçrə) – Bayern (Almaniya).
 
Çempionlar Liqası
1/8 final mərhələsi (ilk oyunlar)
14 fevral
 
Bayer (Almaniya) – Barcelona (İspaniya) - 1:3 (0:1)
Qollar: Kadleç, 52 - A.Sançes, 41; 55, Messi, 88.
 
Olympique (Lion) - APOEL (Kipr) - 1:0 (0:0)
Qol: Lakazette, 58.
 
15 fevral
 
Zenit (Rusiya) – Benfica (Portuqaliya) - 3:2 (1:1)
Qollar: Şirokov, 27; 88, Semak, 71 - M.Pereyra, 20, Kardoso, 87.
 
Milan (İtaliya) – Arsenal (İngiltərə) - 4:0 (2-ci hissə)
Qollar: Boatenq, 15, Robinyo, 38; 49, İbrahimoviç, 79-pen.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.