14 fevral 2012 12:40
Cəmşid Məhərrəmov: İlə qələbəylə başlamaq istəyirik
“Bakı”nın müdafiəçisi Cəmşid Məhərrəmov Premyer Liqanın 20-ci turunun “Qarabağ”la oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, klubun rəsmi saytına açıqlamasında bunları dilə gətirib:
“Oyunun hazırlıqları öz öz qaydasıyla gedir. Uşaqlar bir-birini yaxşı başa düşürlər. Bütün bunlar “Qarabağ”la oyuna yaxşı hazırlaşmağa imkan verir. Özünüz də bunun şahidi olacaqsız. İlə qələbə ilə başlamaq istəyirik. İnanıram ki, altılıq oyunlarının startına kimi dörd oyunun hamısında qələbə qazana biləcəyik. Çünki buna borcluyuq. Bizə göstərilən qayğının, yaradılan şəraitin qarşılığını ancaq uğur qazanmaqla qaytara bilərik”.