15 fevral 2012 12:59

Azərbaycan yığması FİFA reytinqində irəlilədi

FİFA dünyanın futbol yığmalarının növbəti reytinq siyahısını açıqlayıb. Azerisport.az xəbər verir ki, Azərbaycan yığması fevral ayı üçün açıqlanan siyahıda 2 pilləlik irəliləyişə nail olub.
 
Berti Foqtsun komandası hazırda 109-cu pillədə qərarlaşıb. Komandamızın hesabına 6 reytinq xalı da əlavə olunub. Komandamızın indi 306 reytinq xalı var.
 
DÇ-2014-ün seçmə mərhələsində yığmamızın rəqiblərindən olan komandalar arasında yalnız Lüksemburqu qabaqlayırıq (133-cü yer; 240 xal). Hansı ki, bu komanda altı pillə geriləmək məcburiyyətində qalıb. Bizdən öndə olanlar isə bunlardı – Portuqaliya (6; 1155), Rusiya (13; 989), İsrail (35; 708) və Şimali İrlandiya (86; 412). Ötən ayla müqayiəsə portəgizlər və şimali irlandiyalılar 1 pillə irəliləyiblər. Rusiya yerində saydığı halda, İsrail iki pillə irəliləyib.
 
İlk onluğa gəlincə, İspaniya 1566 xalla zirvədəki yerini qoruyub. Almaniya bir pillə irəliləyərək 1369 xalla ikinci yerdə qərarlaşıb. Əvəzində Hollandiya 1 pillə geriləyib və hazırda 1359 xalla üçüncüdü. Uruqvay (1317) və İngiltərə (1179) yerində sayıb. Portuqaliya bir pillə irəliləyib – 1155 xalla altıncı yer. Braziliya 1 pillə geriləyərək, hazırda 1152 xalla yeddinci sırada qərarlaşıb. İItaliya ötən ayla müqayisədə bir pillə irəliləyib – 1115 xalla səkkizinci sıra. Xorvatiya geriləyib – 1101. İlk onluğu bura yenicə daxil olan Danimarka qapayır – 1090 xal.
 
Növbəti reytinq siyahısı martın 7-də açıqlanacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.