15 fevral 2012 13:58
Aleksandr Starkov 3 “azərbaycanlı” futbolçuya dəvət göndərdi
Latviya yığmasının baş məşqçisi Aleksandr Starkov qarşıdakı Qazaxıstanla yoxlama oyununda xidmətindən yararlanmaq istədiyi futbolçuların siyahısını müəyyənləşdirib. Azerisport.az xəbər verir ki, onun dəvət göndərdiyi futbolçular arasında 3 “azərbaycanlı” futbolçu da var.
Bunlar Premyer Liqamızda top qovan Denis İvanov (Bakı), Andrey Rubin (Simurq) və Pavel Doroşevdi (Qəbələ). Onların hər biri bu ayın 29-da səfərdə keçiriləcək qazaxlarla sınaq matçında oyunda iştirak etmək hüququ qazanıb.
Qeyd edək ki, Starkov həm də “Bakı”nın baş məşqçisi postunda çalışır.
