15 fevral 2012 15:32
FİFA Azərbaycanda baş tutacaq DÇ ilə bağlı daha bir görüş keçirdi (FOTO)
FİFA-nın Sürixdəki mənzil-qərargahında bu il Azərbaycanda keçiriləcək 17 yaşadək qızlar arasında dünya çempionatı ilə bağlı daha bir görüş keçirilib. Azerisport.az xəbər verir ki, turnirin yerli tərəfdaşları – Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ), Xalq Bank və “Bakcell”in nümayəndələri Sürixdəki tədbirə qatılıblar.
Tədbirdə Yerli Təşkilat Komitəsinin sədri, AFFA-nın baş katibi Elxan Məmmədov da iştirak edib.
