15 fevral 2012 16:45
Qurban Qurbanov: Bu oyundan 3 xalla ayrılmaq bizim üçün vacib idi
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 20-ci turunun “Bakı” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 3:0 hesabıyla qələbə qazandıqları görüşdən sonra bunları dilə gətirib:
“”Bakı”nın bazasında ilk dəfədir ki, oluram. Çox gözəl şərait yaradıblar. Məncə, şəraitinə görə ilk yerdə olan komandadır. Əvəzedicilərin oyununa da baxmışam, istedadlı futbolçuları var. “Bakı” gələcəyi olan komandadı. Oyuna gəlincə, bütün oyunçularımız futbol oynamaq üçün darıxmışdılar. Bu görüşdən 3 xalla ayrılmaq bizim üçün vacib idi. Yaxşı oyun alındı. Amma bu qələbə bizi arxayınlaşdırmamalıdı. Qarşıda daha çətin oyunlarımız var. Hazırlaşmaq lazımdı”.