15 fevral 2012 16:55
Aleksandr Starkov: Günahkar ilk növbədə mənəm
“Bakı”nın baş məşqçisi Aleksandr Starkov Premyer Liqanın 20-ci turunun “Qarabağ”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun latviyalı çalışdırıcısı 0:3 hesabıyla məğlub olduqları görüşdən sonra bunları dilə gətirib:
“Tam gücümüzlə oynaya bilmədik. İmkanlarımızdan aşağı çıxış etdik. Sözsüz ki, əsas günah məndədir, mən bunu yaxşı başa düşürəm. Həm rəhbərlik, həm azarkeşlər qarşısında bu nəticəyə görə utanırıq. İkinci hissədəki buraxdığımız qol bizim istəyimizi sındırdı. “Qarabağ” bu gün gözəl oyun göstərdi, rəqibi qələbə münasibəti ilə təbrik edirik”
