15 fevral 2012 17:03

Böyükağa Hacıyev: İlk pillədəki mövqeyimizi qorumaq üçün buna borcluyuq

“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev Premyer Liqanın 20-ci turunun “Sumqayıt”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 3:0 hesabıyla qələbə qazandıqları görüşdən sonra bunları dilə gətirib:
 
“Çox maraqlı oyun oldu. Birinci dövrədəki “Sumqayıt” komandasından əsər-əlamət qalmayıb. Məşqçi işi göz qabağındadır. “Neftçi” kimi güclü komanda ilə layiqli mübarizə apardılar. “Sumqayıt”ın bu gün təcrübəsi çatmadı. Onlar bizi əks-hücumlarda yaxalasalar da, fərqlənə bilmədilər. “Sumqayıt”, yəqin ki, çox komandaya baş ağrısı olacaq. Həmkarıma uğurlar arzulayıram. Bizə gəlincə, həmişə olduğu kimi, bu oyuna da qələbə qazanmaq üçün çıxmışdıq. Biz erkən qol vurmaqda çətinlik çəkdik. Amma sonradan üstünlüyə yiyələndik və hesabı açdıq. Nəticədə, 3 cavabsız qol vurduq. Qarşıdakı oyunlarda da qələbə qazanmaq istəyirik. İlk pillədəki mövqeyimizi qorumaq üçün buna borcluyuq”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.