15 fevral 2012 18:11
Bernard Raab: Onlar heç nə ilə yadda qalmadılar
“Sumqayıt”ın baş məşqçisi Bernard Raab Premyer Liqanın 20-ci turunun “Neftçi”ylə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, almaniyalı mütəxəssis komandasının 0:3 hesabıyla məğlub olduğu görüşdən sonra bunları dilə gətirib:
“Samir Abasovun zədələnməsi komandanın oyununa mənfi təsir göstərdi. Ümumlikdə isə bu gün "Neftçi" daha güclü idi. Lakin növbəti görüşlərdə belə səhvlərə yol verməməyə çalışacağıq. Bu gün meydanda 4-5 futbolçu özünü yaxşı tərəfdən göstərdi. Qalan oyunçular isə heç nə ilə yadda qalmadılar. İstədiyim oyunu görə bilmədim”.
