15 fevral 2012 18:22

On bir ürək, bir istək (FOTO)

Bu gün FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin rəsmi sloqanı ictimaiyyətə təqdim olunub. Azerisport.az xəbər verir ki, Premyer Liqanın 20-ci turu çərçivəsində bu gün keçirilmiş “Xəzər Lənkəran” — AZAL qarşılaşmasından öncə baş tutan flash mob aksiyasında 100-ə yaxın rəqqas iştirak edib.
 
Peşəkar rəqqaslar Lənkəran şəhər Mərkəzi stadionuna pazl kartlarla daxil olaraq, sonda rəsmi sloqan həkk olunmuş ümumi görüntünü açıqlayıblar: “On bir ürək, bir istək”!
 
Xatırladaq ki, FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin rəsmi emblemi və rəsmi talismanı, müvafiq olaraq, 6 iyun və 7 oktyabr 2011-ci il tarixlərində Bakıda ictimaiyyətin diqqətinə təqdim olunmuşdu. Qarşıdan gələn futbol bayramına Lənkəran əhalisini daha da yaxından cəlb etmək üçün Yerli Təşkilat Komitəsi FIFA ilə birgə belə bir qərara gəlib ki, bu dəfə rəsmi sloqanı çempionata ev sahibliyi edəcək iki şəhərdən biri olan Lənkəranda açıqlasın. Futbol azarkeşləri 22 sentyabr – 13 oktyabr 2012-ci il tarixlərində Azərbaycanda keçiriləcək dünya çempionatına hazırlıqla daha yaxından tanış olmaq imkanı əldə ediblər. “Xəzər Lənkəran” — AZAL oyununa gələn azarkeşlərə 17 yaşadək qızlardan ibarət Azərbaycan millisinin oyunçuları haqda məlumat kitabçaları paylanıb. Bundan əlavə, çempionatın rəsmi talismanı da stadionda azarkeşlərin diqqətini cəlb edib.
 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.